Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi xanım Olqa Alqayerovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Arazmedia.az xəbər verir ki, görüş zamanı Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.