Ukraynanın Luqansk vilayətinin 9 yaşayış məntəqəsi Rusiya qüvvələrindən azad edilib.
Arazmedia.az xəbər verir ki, bunu Luqansk regional administrasiyasının rəhbəri Sergey Hayday “Twitter”də paylaşım edib.
“Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində artıq 9 yaşayış məntəqəsini azad edib. Ümid edirəm ki, müdafiəçilərimiz hər həftə bu rəqəmi artıracaqlar”, – deyə o yazıb.