DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“Qarabağın viran qoyulmasında İranın böyük rolu olub” – Millət vəkili

2 dəqiqəyə oxunur

“İranın Azərbaycana qarşı aqressiyası, qıcıqlanması, sülhə əngəl yaradacaq səyləri, Ermənistanda revanşist qüvvələrə rəvac verəcək addımları çox böyük təəssüf doğurur. Azərbaycan üçün İranın bu təxribatçı addımları yeni deyil. 30 il ərzində İranın ermənilərlə birgə Qarabağın viran qoyulmasında böyük rolu olduğunu deyə bilərik”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Hüseynov İranın Azərbaycana qarşı təxribatçı addımlarına münasibət bildirərkən deyib.
A. Hüseynov qeyd edib ki, İran işğal altında olan ərazilərimizdən həmişə narkotranzit üçün istifadə edib:

“İran açıq şəkildə Ermənistana dəstək verən dövlətlərdəndir. İranın proseslərə bu tərzdə yanaşmasının iki səbəbi var. Birincisi, İranın daxilindəki gərgin vəziyyətdən diqqəti yayındırmaqdır. İrandakı gərginlik bu ölkənin öz vətəndaşlarına qarşı amansız davranışından, sosial-iqtisadi vəziyyətin aşağı səviyyədə olmasından, eyni zamanda qadınlara qarşı zorakı davranışlardan qaynaqlanır. Ona görə də İran daxili fikri yayındırmaqdan ötrü kənarda özünə bir mifik düşmən axtarır və ölkənin daxili siyasətini bu istiqamətə yönəltmək istəyir”.

Millət vəkili vurğulayıb ki, ikinci səbəb İranın Ermənistana yardım edərək gərginliyin artmasına, sülhün əldə olunmasına mane olmaq istəyidir:

“İran iddia edir ki, guya Zəngəzur dəhlizi Ermənistanla İranın əlaqələrini kəsəcək. Lakin bu fikirlərin tamamilə yanlış olduğunu Azərbaycan tərəfi dəfələrlə bildirib. Əgər İran şəffaf şəkildə iqtisadi, siyasi münasibətlər quracaqsa, nədən çəkinir? Deməli, burada Ermənistana dəstək varsa, İrandan şəffaflıq gözləmək absurddur. Sərhəddən narkotik vasitələrin keçirilməsi, digər tərəfdən silahların Ermənistana verilməsi kimi məqamlar gözdən qaça bilməz. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı İranın narahatçılığı var. Onun indiki davranşıları nə İslam təəssübkeşliyini, nə də İran xalqının maraqlarını ifadə etmir”.

A.Hüseynov İranın hərbi təlimlərinə də münasibət bildirib:

“Son vaxtlarda İranın sərhəddə hərbi təlim keçməsi ictimaiyyətin fikrini daxili məsələlərdən yayındırmaq, digər tərəfdən isə Azərbaycana psixoloji təsir göstərmək məqsədi daşıyır ki, bu da mümkün deyil. İranın psixoloji təsirinə qarşı Azərbaycanda artıq immunitet yaranıb. 30 il ərzində daim İranın bu kimi təhdidlərini görmüşük”.