Yasamal rayonunda su borusu partlayıb, ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.
Bakı Nəqliyyat Agentliyindən Arazmedia.az-a verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.