Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu bildirib.
Arazmedia.az xəbər verir ki, bu barədə o, Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlunun erməni həmkarı ilə görüşmək istəyini ifadə etməsi ilə bağlı müşahidələrə istinad edərək bildirib.
“Biz dialoqun uğurla başa çatmasında maraqlıyıq. Mən heç vaxt belə görüşün əleyhinə olmamışam”, – deyə Mirzoyan vurğulayıb.
Mirzoyan əlavə edib ki, bu görüşlər zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində səmimi və ciddi addımlar atmalıdırlar: “Bir daha deyirəm: mən belə bir görüşə hazıram, ümid edirəm ki, belə bir görüş baş verərsə, nəticədə nəzərəçarpacaq nəticələr qeydə alınacaq”.