Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib.
“Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, – təbrikdə deyilir.