Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.
Bu barədə Arazmedia.az-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, aksiya Heydər Əliyev prospekti 13 ünvanında (YAP Samux rayon təşkilatının inzibati binasında) baş tutacaq.
“Səyyar qəbul otağı” oktyabrın 19-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.