Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Arazmedia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.
Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində də bu ənənə təntənəli şəkildə baş tutub.
Ələt qəsəbəsində baş tutan bir dəqiqəlik sükutdan görüntüləri təqdim edirik: