“Milli Məclisin deputatı, Millət vəkili Aydın Hüseynov Azərbaycan Neftçilərini peşə bayramı münasibətilə təbrik edib”.
Arazmedia.az xəbər verir ki, bu barədə Millət vəkili özünün rəsmi “Facebook” hesabında paylaşım edib.
Həmin paylaşımı olduğu kimi, dəyişdirmədən oxuculara təqdim edirik:
Aydın Hüseynov: Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü”dür. Bu tarixin “Əsrin müqaviləsi” ilə üst-üstə düşməsi heç də təsadüfi hadisə deyil. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan nefti 20 sentyabr 1994-cü ildə imzalanmış müqavilə nəticəsində dünya bazarına çıxmış, ölkənin gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynamışdır.
Bayramınız mübarək, əziz neftçilər
Aydın Hüseynov Milli Məclisin deputatı