Millət vəkili Aydın Hüseynov, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan əsgər Sadiq Əzizlinin dəfnində iştirak edib.
Arazmedia.az xəbər verir ki, Qaradağ rayonunun Qobustan qəsəbə qəbiristanlığında baş tutan izdihamlı dəfn mərasimində çıxış edən millət vəkili şəhidin doğmalarına və əzizlərinə baş sağlığı verib və onlara Allahdan səbr diləyib. Aydın Hüseynov şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini bildirərək, onları Azərbaycanın müstəqilliyinin bünövrəsi adlandırıb.
Dəfn mərasiminin sonunda cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Hacıağa Qayıbov