Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Arazmedia.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Tural Məmmədov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif qiymətdə su nasoslarını oğurlayıb.