Bakı şəhərinin Sabunçu rayonunda istixana (hazırda fəaliyyət göstərmir) ərazisində 0,2 ha sahədə quru ot, ümumi sahəsi 200 m² olan istixananın üzərinə və dam örtüyünə çəkilən 2 ədəd şüşə-pambıq üzlük 120 m² sahədə yanıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Istixananın qalan hissəsi və digər istixanalar yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.