Rusiyanın enerji şirkəti “Qazprom” Şimal axını boru kəmərindən təbii qaz nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını bildirib.
Arazmedia.az xəbər verir ki, Rusiyanın “Qazprom” qaz şirkəti cümə günü axşam saatlarında fəaliyyətini davam etdirən yeganə Portovaya kompressor stansiyasındakı nasazlıq səbəbindən “Şimal axını” boru kəməri ilə qaz nəqlini tamamilə dayandırdığını elan edib.