Ximki” klubu Qurban Qurbanovu baş məşqçi postunda görmək istəyir. “Qarabağ”ın baş məşqçisi isə bundan imtina edib.
Arazmedia.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov teleqram kanalında məlumat yayıb.
Qurban Qurbanov offsideplus-a açıqlamasında bu məlumatı təsdiqləyib:
“Bəli, “Ximki” klubundan təklif gəlib. Təbii ki, belə bir təklifin olması xoşdur. Amma mən əvvəlki açıqlamalarımda da demişəm ki, yalnız və yalnız “Qarabağ”ı düşünürəm. Bu təklifə görə onlara təşəkkür etdim və “Qarabağ”da qalacağımı açıqladım”.