Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Prince Of Wales” təyyarədaşıyan gəmisi ABŞ-a getdikdən qısa müddət sonra qəzaya uğrayıb.
Arazmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Təyyarə gəmisi “Şimali Amerika sahillərində və Karib dənizində gizli və dron əməliyyatlarının gələcəyini formalaşdırmaq” missiyasının bir hissəsi olaraq İngiltərənin Portsmut şəhərindən yola düşüb. O, sürətli F-35 təyyarələri və pilotsuz uçuş aparatları ilə Nyu-York və Halifaxı ziyarət etməli idi.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.