DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiya Suriyada “Cəbhət ən-Nusra” terror düşərgəsini məhv etdi

1 dəqiqəyə oxunur

Rusiyanın Aerokosmik Qüvvələri (VSK) Suriyadakı “Cəbhət ən-Nusra” qruplaşmasının terrorçularının düşərgəsini (təşkilat Rusiyada qadağandır) məhv edib.

Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəhbərinin müavini, general-mayor Oleq Yeqorova məlumat verib .

“Rusiya Aerokosmik Qüvvələri İdlib əyalətinin Xan Şeyxun və Sarakib rayonlarındakı yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak edən “Cəbhət ən-Nusra” terror düşərgəsini məhv edib”, – deyə o, brifinq zamanı bildirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində yaraqlıların rabitə mərkəzi və qərargahı, həmçinin artilleriya sursatları anbarı məhv edilib.

Bundan əvvəl “The Wall Street Journal ” Rusiyanın Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qarşı bir sıra əməliyyatlar keçirdiyini yazmışdı. Nəşrin istinad etdiyi ABŞ rəsmilərinin məlumatına görə, Rusiya silahlı qüvvələri Suriyanın cənub-şərqində Suriya-İordaniya sərhədi yaxınlığındakı qarnizona aviazərbələr endirib, burada ABŞ əsgərləri yerli silahlılara təlim keçib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də yayılan xəbərləri şərh edərkən Rusiya hərbçilərinin Suriyada yerli hakimiyyət orqanlarının dəvəti ilə olduğunu vurğulayıb.