DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Qazaxıstan və Azərbaycan iki qardaş və dost ölkələrdir – Aydın Hüseynov

1 dəqiqəyə oxunur

“Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələr sürətlə və səmərəli inkişaf edir. Buna iki ölkə arasında yaradılmış işgüzar şura da kömək göstərir. Şuraya həm Qazaxıstan, həm də Azərbaycan tərəfindən 24 şirkət daxildir. Əminik ki, gələcək inkişaf və şuranın tərkibinin genişlənməsi ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafına daha da kömək göstərəcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Qazaxıstanla Azərbaycan.ın ticari-iqtisadi əlaqələrinin perspektivləri böyükdür və inkişaf üçün böyük potensial var: ”Perspektivlərin logistika, enerj, tikinti sahələrində daha geniş gözlntiləri var. Bu əlaqələrin bir hissəsi artıq var. Gələcəkdə digər sahələr, o cümlədən maliyyə sahəsi də nəzərdən keçirilə bilər. Bu gün Azərbaycanda sənaye zonaları inkişaf edir. Sahibkarlara geniş imkanlar yaradılır. Şirkətlərin sahibkarlıq fəaliyyətində dövlətin özü də maraqlıdır və bununla bağlı geniş yol xəritələri mövcuddur, müxtəlif layihələr hazırlanıb və onların həyata keçirilməsi üçün məhz yerli sahibkarların potensialından istifadə etmək nəzərdə tutulub. Azərbaycan iqtisadiyyatının dünyanın bir parçası olduğunu nəzərə alsaq xarici investorların ölkəmizdə geniş fəaliyyət göstərməsini də normal qəbul etməliyik və onların fəaliyyətinə yaşıl işıq yandırmalıyıq. Qeyd edək ki, bu məsələ artıq Azərbaycanda həll olunub, yerli sahibkarlarla yanaşı, xarici investorlar da ölkəmizin iqtisadi inkişafında, bizves strukturunda yaxından, həm sə səmərəli iştirak edirlər”.