DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Neftçi” “Kəpəz”i məğlub etdi

1 dəqiqəyə oxunur

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Arazmedia.az xəbər verir ki, turun sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin qollarını 11-ci dəqiqədə Solomon Kvirkveliya, 12-ci dəqiqədə Qodsvey Donyo, 15-ci dəqiqədə Kenni Sayef, 51-ci dəqiqədə Eddi İsrafilov, 89-cu dəqiqədə Yeqor Boqomolski vurub.

Gəncə klubunun qollarına 57-ci dəqiqədə Abdullahi Şuaybu və 90+3-cü dəqiqədə Nicat Süleymanov imza atıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” xallarının sayını 6-ya çatdırıb. Hər iki matçda uduzan “Kəpəz” isə xalsız qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib. Turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.