Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət edib.
İdarədən Arazmedia.az-a daxil olan müraciətdə deyilir:
Əziz sürücülər,
İdarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb daha sonra yenidən sürət rejiminə əməl etməməklə Siz öz həyatınızı riskə atmış olursunuz.Unutmayın nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək ağır qəza ehtimalının və ölümlə nəticələnən qəza hallarının artmasına səbəb olur. Məsələn orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4 faiz, ciddi xəsarətləri isə 3 faiz artırır. Gəlin yol-hərəkəti qaydalarına riayət etməklə özümüzün və digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verək.