DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Azərbaycan ortaya yeni reallıqlar qoyub

4 dəqiqəyə oxunur

“Azərbaycanın xarici siyasətini bir neçə aspektdən təhlil etmək olar. Hər şeydən əvvəl ölkəmizin dünya arenasında öz layiqli yerini tutması üçün apardığı siyasət barədə danışmaq olar. Azərbaycan müstəqillik qazandığı zamanla xarici qüvvələrin Ermənistanın timsalında əzəli torpaqlarımıza təcavüz demək olar ki eyni vaxta təsadüf edir. Gənc respublikamız Ermənistanın işğalçı əməlləri, qonşu xalqın xəyanəti ilə hazırlıqsız yaxalanır və ərazilərinin 20 faizini itirir. Bundan sonra hakimiyyətə dünya siyasətində tanınmış sima, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə gəlir və Azərbaycanın haqlı tələbləri, Ermənistanın işğalçı siyasətinin ifşası bütün beynəlxalq tribunalardan səsləndirilir. Elə tədbir, görüş olmur ki, Heydər Əliyev ora Cənubi Qafqazın xəritəsi olmadan getsin və həmin görüşdə Ermənistan hakimiyyətini, onların yalan üzərində qurulmuş istilaçı siyasətlərini ifşa etməsin. Məhz aparılan məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir. Bununla yanaşı Ümummilli Liderimizin rəhbərliyi altında xarici ölkələrin iri şirkətləri ilə birgə Bakıda “Əsrin müqaviləsi”nin imzalanma mərasimi keçirilir, Azərbaycan regionun əsas aktoru, güçlü iqtisadi potensiala, münbit investisiya mühitinə sahib olan ölkəsi kimi qəbul edilir”. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, İlham Əliyevin prezident seçilməsindən sonra isə həm daxili, həm də xarici siyasətdə modern yanaşmalar tətbiq edilməyə başlandı: “Dünya olkələri ilə münasibətdə yeni metodlar, yeni üsullar, xüsusən də milli maraqlarımızın qorunmasına hesablanmış addımlar atıldı. Neft amilinin insan kapitalına çevrilməsi kimi yeni çağırışlar tətbiq edildi. İqtisadiyyatda, neft və qeyri-neft sektorunda baş verən inqilabi dəyişikliklər insanlarımızın daha yaxşı yaşaması, yeni infrastruktur layihələrin həyata keçirilməsi üçün kifayət etdi. İqtisadi qüdrətimiz bütün sahələrdə, o cümlədən hərbi güc balansında üstünlüyümüzü təmin etdi. Və bütün bunlar işğal altında qalan torpaqlarımızın sülh danışıqları bir nəticə vermədiyi halda məsələnin güc yolu ilə həllini reallaşdırdı. Azərbaycan valyuta ehtiyatlarına toxunmadan, vətəndaşlarına sosial problem yaratmadan, xarici borc almadan, heç bir ölkədən hərbi yardım istəmədən Qarabağ münaqişəsini öz imkanları hesabına, ordu ilə xalqın, xalqla Prezidentin birliyi sayəsində 44 günlük müharibədə böyük Qələbə qazanmaqla həll etdi. Bu gün Azərbaycan ortaya yeni reallıqlar qoyub. Qələbədən ötən 20 ay ərzində beynəlxalq münasibətlərdə sistemində Azərbaycana qarşı yönləndirilən mənfi münasibətlər çox sürətlə azalıb. Qarabağda aparılan hərbi əməliyyatlarda Azərbaycanın haqlı olmasını əksər ölkələr artıq qəbul edib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm hərb meydanında, həm də ölkəmizə qarşı açılan ikinci cəbhədə – informasiya döyüşündə layiqli qələbə qazandı”.

A.Hüseynov qeyd edib ki, bu gün azərbaycanın qarşısında duran ən önəmli məsələ işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin sürətlə davam etdirilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. “Böyük Qayıdış”ın ilk mərhələsinə artıq start verilib. “Ağıllı kənd” Ağalıya 30 ildən sonra ilkin olaraq 40 ailə köçürülüb. Digər işğaldan azad edilmiş ərazilərimizdə də işlər sürətlə aparılır, Şərqi zəngəzurla Naxçıvanı birləşdirəcək “Zəngəzur dəhlizi”ndə də işlər Azərbaycan tərəfindən sürətlə aparılır. Bütün infrastruktur layihələri plana uyğun olaraq yerinə yetirilir. Ermənistanla münasibətləri normallaşdırmaq və gələcəkdə sülh müqaviləsi imzalamaq üçün Azərbaycan tərəfi bütün beynəlxalq qayda və nizama uyğun olaraq konkret addımlar atır. Avropa İttifaqı və Rusiya ilə ayrı-ayrılıqda aparılan üçtərəfli danışıqların nəticələrini uğurlu hesab etmək olar. Buna baxmayaraq çətinliklər də var, bu da üçüncü qeyri-regional ölkələrin məsələyə qeyri-konstruktiv yanaşması, danışıqlar prosesini 1990-cı illərin vəziyyətinə sürükləməkdir ki, bu da heç cür qəbul edilə bilməz. Amma inanırıq ki, məğlub Ermənistan məsələyə anlayışla yanaşmaq qabiliyyətini ortaya qoymağı bacaracaq, ikinci dəfə “dəmir yumruq”la qarşılaşmamaq üçün reallığı dərk edəcək, Brüsseldə və Rusiyada baş tutan danışıqlarda əldə edilən razılaşmaları pozmaq kimi yanlış addım atmaqdan çəkinəcəklər. Əlbəttə, bütün bu əldə edilən uğurlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət sayəsində mümkün olub”.