Ələt qəsəbəsinin sakinləri İcra Hakimiyyəti tərəfindən zibilin yığışdırılmamasından narazıdır.
Belə ki, qəsəbədə zibil daim yığılmamış qalır, zibil qutuları çatmır. Adamlar zibili yandırmağa məcbur olurlar, bu isə qanunsuzdur.
Bu haqda Arazmedia.az-a qəsəbə sakini Hacıağa Qayıbov məlumat verib. Onun sözlərinə görə, ətrafa yayılan zibil, anti-sanitariya şəraiti natəmizlik yaradır. Ən təəccüblüsü isə qonşu Qobustan və Səngəçal qəsəbələrinin zibil meydançalarından təmizlənən tullantıların da Ələt qəsəbəsinə gətirilməsidir.
Sakinlər Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət etsələr də problemin həllini tapmadığını bildiriblər. Həmin görüntüləri təqdim edirik: