Türkiyədə 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Kandili rəsədxanasından bildiriblər.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 23:55-də Tokat vilayətində qeydə alınıb. Yeraltı təkanların ocağı 3,5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrə yaxın vilayətlərdə hiss olunub.