ADA Universiteti və ABŞ-ın Prinston Universitetinin birgə təşkilatçılığı ilə 4 iyun – 15 iyul tarixlərində ölkəmizdə keçirilən “Azərbaycan və müasir dünya” adlı qlobal seminarın iştirakçısı olan Prinston Universitetinin tələbələri və universitetin professoru Michael Reynolds bu gün Bakı Limanına səfər edib.
Qonaqlara qədim ipək yolu üzərində yerləşən limanın tarixi, müasir nəqliyyat və logistika dəhlizlərində tutduğu strateji mövqe, texniki imkanları və limanın inkişaf strategiyası barədə məlumat verildi.
Xüsusilə, Bakı Limanı tərəfindən regionda zəncirvarı iqtisadiyyatın gücləndirilməsi, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün aparılan fəaliyyətlər və ətraf mühitin qorunması məqsədi ilə həyata keçirilən layihələr tələblərin marağına səbəb oldu.
Bakı Limanı adından Prinston Universitetinin kitabxanasına limanın tarixi, bu günü və gələcəyini özündə əks etdirən “Bakı Limanı” kitabı hədiyyə olundu.
Hacıağa Qayıbov,
Arazmedia.az