DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakı Limanı Çinin nüfuzlu təşkilatları tərəfindən keçirilən mühüm virtual seminarda təmsil olunub

1 dəqiqəyə oxunur

Çinin Beynəlxalq Araşdırmalar İnstitutunun və Şanxay Əməkdaşlıq Təşkilatı Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Yeni erada konsensusa gedən yol” adlı seminar keçirilib.

Arazmedia.az xəbər verir ki, Diplomatları, tədqiqatçıları, alimləri və biznes liderlərini bir araya gətirən virtual seminarda nəqliyyat sənayesində və qlobal bazarda uğurlu tərəfdaşlıq və davamlı inkişafa nail olmaq üçün yeni imkanlar müzakirə edilib.

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi cənab Li Xuey və Çinin Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Xu Bu çıxış edərək qlobal iqtisadiyyatda konsensusun və islahatların yaxşılaşdırılmasının əhəmiyyətindən on. Həmçinin vurğulanıb ki, strateji tərəfdaşlıq yalnız ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlıq əsasında inkişaf edə bilər. Video formatda keçirilən görüşdə Bakı Limanın Baş direktorunun baş müşaviri Rəşad Kərimov da “Konsensusa gedən yolda yeni dövrdə qarşılıqlı anlaşma və düşüncələr” mövzusunda çıxış üçün dəvət olunub.

Seminar işçi dili Çin dilində olub və tədbir qlobal bazarda yaranan tendensiyalar və çağırışlar haqqında strateji fikir mübadiləsi aparmaq üçün maraqlı imkanlar yaradıb.

Eyni zamanda görüşdə Çin, Rusiya, Belarus, Hindistan, Kamboca, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı təmsil edən dövlət rəsmiləri, işgüzar və ictimai xadimlər fikir mübadiləsi aparıblar.