DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Baş redaktor Prezident İlham Əliyevə növbəti dəfə müraciət etdi

4 dəqiqəyə oxunur

Həmin müracəti dəyişdirmədən, olduğu kimi dəyərli oxuculara təqdim edirik:

Hörmətli cənab Prezident!

Bu mənim sizə və hörmətli Birinci vitse-prezident Mehriban xanıma bəlkə də 100-cü müraciətimdir. Bəlkə də, düşünürəm ki, bu müraciətləri ya sizə təqdim etmirlər, ya da ki, etmirlər…

Nəzərinizə çatdırıram ki, mən Fariz Firdovsi oğlu Quliyev 1980-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, ziyalı ailəsində anadan olmuşam. Hələ gənc yaşlarımdan Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən partiyaya üzv qəbul olunmuşam. 20 ildir mətbuat sahəsində çalışıram. 24 yaşım olarkən, Prezident Administrasiyasının İşlər İdarəsinə tabe olan “Azərbaycan” nəşriyyatında “tirajist” vəzifəsində çalışmağım, elə gənc yaşda dövlət nəşriyyatında dərc olunan bütün qəzetlərin tirajına və çapına nəzarət etməyim, apardılan media siyasətinə necə sadiq olmağımın bariz nümunəsidir.

Son 12 ildir ki, dərc olunan iqtidaryönlü “Araz Media” həftəlik ictimai-siyasi qəzetinə və eyni adlı xəbər portalına (Arazmedia.az) rəhbərlik edirəm. Rəhbərlik etdiyim hər iki media orqanı, Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Yolum, xalqımızın Ümummilli Lideri, mərhum prezidentimiz, müasir Azərbaycanın Qurucusu Heydər Əliyev yoludur.

Ulu Öndər Heydər Əliyev ideyaları bu gün də, məhz Sizin tərəfinizdən ən yüksək formada həyata keçirilir. Dövlətimizə güc, xalqımıza yüksək rifah bəxş edən bu ideyaları, Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasəti, xüsusi ilə Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikası və Xalqı

üçün gördüyü işləri, etdiyi misilsiz xidmətləri dəstəkləyir və rəhbərlik etdiyim media orqanlarında ən yüksək səviyyədə təbliğ edirəm.

Bu da təsadüfi deyil. Çünki, mən özümü dərk edəndən ailə üzvlərimin Yeni Azərbaycan Partiyasının fəalları kimi Ulu Öndər Heydər Əliyevə sədaqətini görmüşəm və bu əqidə, amal böyüdükcə mənim də gələcək karyera və həyat yoluma işıq salaraq, yol göstərən mayaka çevrilmişdir.

Lakin mənzil şəraitsizliyim mənim məhsuldar, dövlətçiliyimizə xidmətə yönəlmiş fəaliyyətimə mane olur. Bildirirəm ki, dövlətdən maaş almıram, ictimai əsaslarla çalışan kollektivimizlə birlikdə yorulmadan fəaliyyət göstəririk. Heç bir yerdən gəlirimiz yoxdur. Buna görə çətinliklərlə üz-üzə qalıram. Eyni zamanda qırx il xalqın övladlarını savadlandıran, dövlət üçün layiqli kadrlar yetişdirən, 71 yaşlı, təqaüdçü gözdən əlil anam mənim himayəmdədir. Biz çox acınacaqlı, şəraitsiz halda, Abşeron rayonu Masazır kəndində kirayədə yaşayırıq. Evim olmadığına görə, 42 yaşa çatmağıma baxmayaraq, hələ də ailə qura bilmirəm. Lakin bütün bu problemlərin içərisində olmağıma baxmayaraq, hər an, hər dəqiqə Rəhbəri olduğunuz, hakim Yeni Azərbaycan Partiyasının ideyalarını sevə-sevə təbliğ edir və bununla fəxr edirəm.

Möhtərəm cənab Prezident!

2022-ci ildə ağır insult xəstəliyi də keçirmişəm. Əgər müalicə olunduğum Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına sorğu verilsə, dediklərim öz əksini tapar. Bu da 20 illik gərgin peşə fəaliyyətimlə əlaqədardır. Yəni bundan sonra mən, bu “cansağlığı” ilə başqa fəaliyyətlə məşğul ola bilmərəm ki, işləyib pul qazanıb ev alım…

Sizdən xahiş edirəm ki, sərəncamınız əsasında jurnalistlər üçün inşa edilmiş, 3-cü binada mənə də mənzil verilməsinə köməklik göstərəsiniz. Bütün varlığı ilə Sizə, Dövlətə və Dövlətçiliyə bağlı olan bir jurnalistin mənzil şəraitini yaxşılaşdırmaqla yanaşı, həm də ailəmdə olan bir əlil insanı sevindirmiş olar, son illərini, bəlkə də, son aylarını yaşayan əlil, mürəkkəbi Şəhid qanına bərabər Müəllim Ananın, ömrünün qalan hissəsini kirayədə deyil, oğlunun evində rahat yaşamasına Allah Dərgahında vasitəci olmuş olarsınız. İnanıram ki, evsizliyimi, ağır maddi durumumu, milli mətbuatımızın inkişafındakı xidmətlərimi, ailə üzvlərimin mənim himayəmdəki ağır yaşayışını nəzərə alaraq məni öz diqqət və qayğınızdan kənarda saxlamayacaqsınız.

Xatırladıram ki, bir il öncə analoji məzmunda ərizəmi, sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın katibliyində qeydiyyatdan keçirmişəm.

Möhtərəm cənab Prezident!

Sizə bildirirəm ki, eks məmur Əli Həsənovla, hazırda həbsdə olan Vüqar Səfərli niyəsə mənim qarşımı hər vəchlə kəsirdilər.

Məhz buna görə də, bir jurnalist olaraq bu günədək öz sahəmdə heç nə əldə etməmiş, cüzi də olsa irəli çəkilməmişəm . Təəssüf ki, bu barədə bir dəfə də olsa, kimsə maraqlanmayıb. Baxmayaraq ki, yuxarı aid təşkilatların rəhbərlərinin hamısı məsələdən xəbərdar olublar…

Əvvəlcədən Sizə öz dərin təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

“Araz Media” qəzeti və eyni adlı xəbər portalının (Arazmedia.az)

baş redaktoru Fariz Quliyev