Türkiyə rəhbərliyi ilkin olaraq iddialar səsləndirməyib, sadəcə olaraq Finlandiya hökumətinin ambisiyalarını dəstəkləməkdən danışıb.
Arazmedia.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niiniste bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını şərh edərkən deyib. O, bildirib ki, türkiyəli siyasətçi Finlandiyanın NATO-ya daxil olmaq planlarını müsbət qiymətləndirib.
Uzun sürən müzakirənin sonunda o dedi ki, əgər siz NATO-ya üzv olmaq üçün müraciət etsəniz, biz bunu bəyənəcəyik, qiymətləndirəcəyik”, – Finlandiya lideri bildirib.
Onu da deyək ki, Ərdoğan bir müddət əvvəl İsveç və Finlandiyanın NATO-ya daxil olması barədə danışmaq üçün tez olduğunu qeyd etmişdi.