DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Danimarka Aİ-nin hərbi missiyalarında iştirak edə biləcək

1 dəqiqəyə oxunur

Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya kimi Danimarka da təhlükəsizlik siyasətini yenidən formalaşdırır.

Arazmedia.az xəbər verir ki, Danimarka xalqı 30 ildir kənarda qaldığı Avropa Birliyinin (AB) ortaq müdafiə siyasətinə qoşulmaq üçün keçirilən referendum çərçivəsində sandığa gedib.

Məlumata görə, səslərin 98 faizindən çoxu hesablanıb, bülletenlərin 67 faizi isə “hə” deyib. Beləliklə, Danimarka artıq Aİ-nin hərbi missiyalarında iştirak edə biləcək.

Baş nazir Mette Frederiksenın sözlərinə görə, seçki qutusunun nəticəsi Ukraynadakı müharibə zamanı “çox mühüm siqnal” olub:

“Biz göstəririk ki, Putin azad ölkəni işğal edəndə və Avropada sabitliyi təhdid edəndə başqaları bir araya gəlir. Qitəmizdə yenidən müharibə olanda siz neytral ola bilməzsiniz. Biz Ukraynanı və Ukrayna xalqını dəstəkləyirik”.