DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

İmran Xan Pakistan hökumətinə 6 gün vaxt VERDİ

1 dəqiqəyə oxunur

Pakistanda vəzifəsindən uzaqlaşdırılan keçmiş baş nazir İmran Xan  Şahbaz Şərif administrasiyasını təhdid edib. 

Arazmedia.az CNN İnternational-a istinadən xəbər verir ki, İmran Xan  Pakistanın  ABŞ-da yetişdirilən “xainlər” tərəfindən idarə olunduğunu deyib:  “Bu xaricdən gətirilən hökumətə yeni seçkilər elan etmək üçün 6 gün vaxt verirəm. Əks halda, 2 milyon insanla yenidən İslamabada girəcəyəm” 

Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində İmran Xanın hökuməti süqut edib. Aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Bu vəziyyəti ölkəsinin “qaz təchizatı, buğda və kibertəhlükəsizliklə bağlı texnologiyaya ehtiyacı var” sözləri ilə müdafiə edən Xan hökumətinin devrilməsində ABŞ-ı günahlandırır.