DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Yaşasın Azərbaycan səhiyyəsi!

2 dəqiqəyə oxunur

Azərbaycanda belə gözəl, mədəni, şəffaf, insanlara mədəni xidmət göstərən bir sağlamlıq ocağının olduğunu açığı bilmirdim. Nə yalan deyim…

Bu ilin yanvar  ayında çox ağır, ikinci dəfə insult xəstəliyi keçirdiyimi bilənlər bilir. Bu barədə həmkarlarım mətbuatda da kifayət qədər məlumat veriblər. Birinci müalicədən sonra, yəni komadan ayılandan sonra mən nə edəcəyimi, hətta hara gedəcəyimi belə bilmirdim. Axı, bədənimda xəstəliyin fəsadları qalmışdı. Ayağımda, qolumda keylik və don vardı. Keylik isə məni həddindən çox narahat edirdi.

Nəhayət mən, “Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” adlanan xəstəxanaya getmək qərarına gəldim.

Açığı mən belə gözəl bir münasibət gözləmirdim. Qapıdan içəri daxil olanda, doğma insanlar kimi ağ  xalatlı işçilərin qayğısı açıq şəkildə hiss olunurdu. Məni bu fərəhli anlar altında Könül Əhmədova adlı nevroloq-reflexoterapevtin otağına apardılar. İlk baxışdan adi bir həkim kimi görünən Könül xanımın çox gözəl qəlbi də varmış…

Yanında müayinə etdiyi başqa xəstəni yola saldıqdan sonra məni qəbul etdi. O, məni dinləyib, əsaslı müayinə etdi və mənə dörd prosedur müalicə təyin etdi. Mən müalicələrə başladım.

Bütün proseslər uğurla həyata keçırilirdi. Amma mənə elə gəlirdi ki, prosedurlardan ən çox mənə yaxşı təsir edən tibb bacısı Təhminə Qafarovanın stimulyasiyası idi. Təhminə xanım məni tələsdirmir, səbrlə sağ ətrafımı müalicə edirdi. Məncə yenə müalicəyə getsəm, yolum birdə ora düşsə, həkimdən xahiş edərəm ki, yalnız stimulyasiya yazsın mənə.  Və onu Təhminə xanım etsin. Çünki “stimulyasiya” mənim əzələlərimi canlandırdı.

Baxmayaraq ki, həqiqətən də, bütün prosedurlar çox yüksək səviyyədə həyata keçirilirdi.

Mən həkimin nəzarəti altında idim.

Hətta müalicə dövründə də, Könül xanım tibb işçiləri ilə  danışır, onlara öz dəyərli tövsiyyələrini verirdi. On günlük prosedur bitdi və bu mənə çox yaxşı təsir etdi. Mən belə bir mədəni kollektiv görməmişdim.

Oradakı xidmət, qayğı, doğma münasibət bir ömrə dəyərdi…

O xəstəxananın işçilərini insan özünə doğma hesab edirdi.

 Çox sevindici haldır ki, Azərbaycanda Elmi Tədqiqat Bərpa İnstitutu kimi belə bir sağlamıq ocağı var.

O xəstəxanada gördüyüm bu yüksək qayğıya, xidmətə görə Səhiyyə Nazirliyinə, Elmi Tədqiqat Bərpa İnstitutunun rəhbərliyinə təşəkkür edirəm. İnşallah heç kim xəstələnməz.

Lakin heç kim də xəstəlikdən sığortalanmayıb. Yəni yaxşı xəstəxanalara, yaxşı həkimlərə hər zaman ehtiyacımız var. Elmi Tədqiqat Bərpa İnstitutu kimi.

Jurnalist Fariz Quliyev,

“Araz Media” Qrupunun rəhbəri.

Arazmedia.az