“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.
“Unikal”ın əldə etdiyi məlumata görə, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onları ağ kağıza imza çəkməklərini tələb edib.
Bildirib ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.
Qeyd edək ki, hazırda idraənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Eliyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.