Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər aviasiya vasitələrinin istehsalını həyata keçirən “Tusaş” şirkəti ilə Qazaxıstan Mühəndislik şirkəti arasında müqavilə imzalanıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə şirkətinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən Qazaxıstanda “Anka” adlı PUA-lar istehsal ediləcək.