DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclasında Liman əməkdaşları iştirak edir

1 dəqiqəyə oxunur

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb.

Toplantıdan əvvəl Beynəlxalq Assosasiyanın üzvləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncaqda dünyada geosiyasi vəziyyətin dəyişməsi fonunda beynəlxalq dəhlizin mövcud vəziyyəti, inkişaf perspektivləri və bura cəlb edilən yükün həcminin artırılması üçün görülməsi vacib olan işlərlər bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Toplantıda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-ni Satış və marketinq departamentinin müdiri Anar İbrahimov, Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli təmsil edir.

Hacıağa Qayıbov,

Arazmedia.az