DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Kanada Rusiyaya qarşı yeni sanksiyaları açıqladı

1 dəqiqəyə oxunur

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında müharibəylə əlaqədar ölkəsinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Bu barədə Arazmedia.az “Reuters”ə istinadən xəbər verir.

“Biz Rusiyanın 40 fiziki və 5 hüquqi şəxsinə, oliqarxlara və rejimin müdafiə sektorundakı yaxın müttəfiqlərinə qarşı yeni sanksiyalar irəli sürürük”, – Trüdo bildirib.

O əlavə edib ki, siyahıda olan şəxslərin hamısı Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlıdır.

Trüdo Kiyevə əlavə hərbi yardım da açıqlayıb. Kanada Ukraynanı atıcı silahlarla təmin edəcək və minalardan təmizləmə əməliyyatlarını maliyyələşdirəcək.