İrəvanda müxalifət tərəfdarları səhər saatlarından etibarən Kiyev körpüsünü betondaşıyıcılarla bağlayıblar.
Arazmedia.az erməni KİV-ə istinadən xəbər verir ki, vətəndaşlar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yenidən aksiya keçiriblər.
Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirək ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.