Ukrayna Silahlı Qüvvələri bir sıra istiqamətlərdə əks-hücum əməliyyatı keçirib.
Arazmedia.az xəbər verir ki, Ukrayna mətbuatında qeyd olunan məlumata görə, əks-hücum Rusiya ordusunun Xarkovdan 25 kilometr geriyə çəkilməsinə imkan verib.
“Onlar Donbasa doğru irəliləmək üçün Xarkovu ələ keçirməyə və onu saxlamağa ümid edirdilər, lakin daha da geri çəkilməyə məcbur oldular”, – ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib.