Rusiya ordusunun Kiyevə raket zərbəsi zamanı 6 nəfər xəsarət alıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat yayıb.
Qeraşenko bildirib ki, raketlər Krımdan atılıb. Onlar paytaxtdakı yeni tikiliyə düşüb. Məskunlaşma az olduğundan tələfat yüksək deyil. Hadisə yerində xilasedicilər işləyir.