DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Rusiyanın gəlirlərini yenə də Qərb dövlətləri formalaşdırır

1 dəqiqəyə oxunur

Rusiya-Ukrayna müharibəsinin ilk 2 ayında Avropa İttifaqı Rusiyaya yalnız yanacaq məhsullarına görə 44 milyard avro (46.3 milyard dollar) ödəyib.

Arazmedia.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, iki ayda Rusiyanın qlobal yanacaq məhsulları satışından əldə etdiyi 66.3 milyard dollarlıq gəlirinin 70 faizi Avropa İttifaqının payına düşüb.

“İnkişaf etmiş ölkələrin sanksiyalarına məruz qalan Rusiyanın əsas valyuta gəlirlərini yenə də Qərb dövlətləri formalaşdırır. Müharibə isə Ukraynada davam edir”, – deyə deputat bildirib.