Bu gün Şuşada parlamentin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.
Arazmedia.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.