Xerson vilayətinin Velyka Oleksandrivka ərazisində Ukrayna hərbçiləri sursat anbarını dağıdıb və 70 rusiyalı hərbçini öldürüb.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“İşğalçıların bölmələri Novodmitrivka və Bilousove yaşayış məntəqələri ərazisində də canlı qüvvə itkisinə məruz qalıb.Düşmən bütün təmas xətti boyunca minaatan, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən qoşunlarımızın mövqelərini atəşə tutur”, – məlumatda bildirilib.