Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Arazmedia.az xəbər verir ki, “Medical Park” stadionunda “Trabzonspor” “Kayserispor”u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub. Digər yarımfinalda “Alanyaspor” “Sivasspor”u qəbul edəcək. Oyun aprelin 20-də olacaq. Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək. Share