Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Arazmedia.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Keçmiş futbolçu bir neçə ay əvvəl kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı klinikalardan birinə yerləşdirilib.
Bundan əvvəl, 2021-ci ilin sentyabrında 81 yaşlı Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub.
Eyni zamanda bildirilir ki, hazırda əfsanəvi oyunçunun həyatı üçün heç bir təhlükə yoxdur, o, klinikada mütəxəssislərinin nəzarəti altındadır.