DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Xersonda ruslar çörək dalınca gedən uşağı güllələdilər

1 dəqiqəyə oxunur

Xerson vilayətinin Qavrilovka kəndində rus hərbçiləri çörək üçün mağazaya gedən bir qrup yeniyetməni atəşə tutublar.

Arazmedia.az xəbər verir ki, bu barədə “Novovorontsovshchina News” məlumat yayıb.

Şahidlərin sözlərinə görə, azyaşlılar telefonla danışa-danışa küçə ilə gedərkən həmin vaxt rus hərbçiləri xəbərdarlıq atəşi açıb.

Bu zaman uşaqlar qaçmağa başlayıb və onlara tərəf açılan atəş nəticəsində yaralanıblar.

Yaralanan uşaqlardan biri ölüb.