DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiyanın ilk hədəfi Zelenskini ÖLDÜRMƏK OLUB

1 dəqiqəyə oxunur

Rusiya-Ukrayna müharibəsi getdiyi bir vaxtda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın Ukraynadakı hədəfləri ilə bağlı açıqlamalar verib.

Arazmedia.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın 22 fevralda Ukraynaya hücum edəcəyi ilə bağlı kəşfiyyat məlumatlarına sahib olduqlarını ifadə edib.  

Rusiyanın Ukraynaya hücumlarının ilk hədəflərindən birinin prezident Vladimir Zelenskinin öldürülməsi olduğunu bildirən Danilov, “Müharibənin ilk günlərində Prezident Aparatı yaxınlığında çoxlu silah səsləri eşidildi. Neçə insanı zərərsizləşdirdiyimizi açıqlamaq istəmirəm. Prezidentin mühafizəçilərinə təşəkkür etmək istəyirəm. Rusiyanın ilk məqsədi Zelenskini öldürmək olub. Bu, onların bir nömrəli məqsədi idi. Bununla da 22 fevral saat 19.20-də müharibənin başlayacağı xəbərdarlığı aldıq. Onların Zelenskidən sonra kimi hakimiyyətə gətirməyə hazırlaşdıqlarını da bilirik”, – deyə  qeyd edib.  

Belarus torpaqlarının müharibəyə cəlb olunmasını gözləmədiklərini açıqlayan Danilov, “Hücumlar ilk rus karvanının Luqansk ərazisindən daxil olduğu 24 fevralda saat 05:00-da deyil, saat 03.40-da başladı. Gözləmədiyimiz yeganə şey Belarus torpaqlarının müharibəyə cəlb olunması idi”, – deyə  son olaraq bildirib.