Avropada qaz fyuçerslərinin qiyməti dünənki ticarətin nəticələrinə görə 14% ucuzlaşıb.
Arazmedia.az xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.
Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may fyuçersləri ticarət sessiyasını min kubmetr üçün 1 200 ABŞ dolları səviyyəsində açıb. Daha sonra eniş sürətlənib və min kubmetr üçün minimum 992 ABŞ dolları həddinə çatıb.