Çində son sutkada 27 595 yeni yoluxma aşkar edilib ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.
“Arazmedia.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Komissarlığı məlumat yayıb.
Bildirilib ki, sutkalıq yoluxma göstəricisi ötən həftə ilə müqayisədə 2 dəfə çoxdur. Yoluxanların böyük əksəriyyəti simptomsuz xəstələrdir. Yeni yoluxanlar arasında xaricdən gələnlər azlıq təşkil edir.