Dünyada koronavirusa yoluxma halları 500 milyona yaxınlaşır.
Arazmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Belə ki, dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı 498 milyon 154 min 313 nəfərə çatıb.
Virusun yayılması başlayandan indiyədək 6 milyon 176 min 420 nəfər dünyasını dəyişib.
İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Böyük Britaniya və Almaniya ilk yerləri tutur.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.