Rusiya qoşunları yenidən Dnepr hava limanına raket zərbəsi endirib.
Arazmedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
“Hazırda orada xilasedicilər işləyir. Dağıntılar və qurbanların sayı ilə bağlı məlumatları dəqiqləşdiririk. Hava limanının yaxınlığındakı infrastruktur da məhv edilib”, – Rezniçenko vurğulayıb.
Rusiya hərbçiləri bundan əvvəl gecə saatlarında Dnepropetrovsk vilayətinin müxtəlif rayonlarına raket zərbələri endiriblər.
Pavloqrad vilayətində isə raket sənaye obyektinə düşüb. Bina dağılıb və yanğın baş verib.