Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Biliyinin qaz itkiləri 7,6 % təşkil edib.
Arazmedia.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.
Baş direktor bildirib ki, bu, ötən ilin birinci rübü ilə müqayisədə 2,2 % azalma qeydə alınıb.
Bu ilin mart ayında isə qurumun qaz itkilərinin həcmi 9 % təşkil edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 1,8 % az olub.