Fransa Buça və Ukraynanın digər şəhərlərində Rusiya ordusu tərəfindən törədilən cinayətlərin araşdırılmasına texniki və ekspert dəstəyi verəcək”.
Arazmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski bildirib ki, Fransa prezidenti Emanuel Makronla söhbətində onlar Ukraynanın müvəqqəti işğal olunmuş bölgələrindəki humanitar vəziyyətdən danışıblar.
“Biz həmçinin razılaşdıq ki, Fransa Rusiya ordusunun Buça və dövlətimizin digər şəhərlərində cinayətlərinin araşdırılmasına lazımi texniki və ekspert dəstəyi verəcək”.