Yaponiya Ukraynaya qarşı müharibə səbəbindən Rusiyaya lüks avtomobillərin ixracını qadağan edib.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Fumio Kişida məlumat yayıb.
Belə ki, yenilənmiş sanksiya qanunvericiliyi çərçivəsində lüks avtomobillər, zərgərlik məmulatları və sənət əsərləri kimi dəbdəbəli məhsulların Rusiyaya ixracı qadağan edilib. Müraciət aprelin 5-dən qüvvəyə minəcək.
İqtisadiyyat , ticarət və sənaye naziri Hagiuda Koiçi “Sərt sanksiyaların tətbiqi üçün G-7 ölkələri ilə həmrəyliyimizi davam etdirəcəyik”, – deyə açıqlama verib.